Bu gün Azərbaycan Respublikası Milli Məclisinin birinci sədri Rəsul Quliyevin 75 yaşı tamam olur.
Bu münasibətlə sabiq spikerin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyası Bakı şəhərində yubiley törəni təşkil edib.
Törəndə ölkənin aparıcı siyasi partiyaları, media kapitanları, ziyalılar və ictimai xadimlət iştirak edib.
Eyni zamanda təşkil edilmiş yubiley törənində kinorejisor Eldəniz Quliyevin ərsəyə gətirdiyi - sabiq spikerin həyatından bəhs edən sənədli film qonaqlara təqdim edilib.
Qeyd edək ki, yubiley törənində Ümid Partiyası, Aydınlar Partiyası, Liberal Demokrat Partiyasının, Ədalət Partiyası, Yeni Yol Partiyası, Azərbaycan Demokrat Partiyası, Ədalət Partiyasının rəhbərliyi eyni zamanda LAF TV, Reaksiya TV, Demokrat.az, Pravda.az, Azsiyaset.com, konkret.az və digər aparıcı media qurumlarının rəhbərləri həmçinin Qərbi Azərbaycan Deportasiya Mərkəzinin rəhbərliyi iştirak edib.
Demokrat.az


