Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədəYussuf En-Nesiri vurub. 90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Keddira 2-ci sarı vərəqə ilə meydandan qovulub.
Afrikalıların növbəti mərhələdəkirəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.
xxx
Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında1/4 final oyununda hesab açılıb.
42-ci dəqiqədə fərqlənənYussuf En-Nesiri Afrika təmsilçisini önə keçirib - 1:0.


