İdman

Ronaldo yenə ehtiyatda qalacaq

Ronaldo yenə ehtiyatda qalacaq

Kriştianu Ronaldo DÇ-2022-nin 1/4 final mərhələsində də start heyətində yer almayacaq.

Demokrat.az apasport.az-a istinadən bildirir ki, bunu Portuqaliyanın "A Bola" nəşri iddia edir.

Bildirilib ki, 37 yaşlı forvard 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) olduğu kimi yenə ehtiyatda qalacaq. 1/4 finalın Mərakeşlə sabahkı görüşünə də Qonsalu Ramuş ilk dəqiqələrdən meydana çıxacaq.

Qeyd edək ki, Ramuş İsveçrə ilə görüşdə het-trikə imza atıb.

D
demokrat.az