Sosial

Direktor Kukla Teatrında aparılan yoxlamalara münasibət bildirdi

Direktor Kukla Teatrında aparılan yoxlamalara münasibət bildirdi

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyi tərəfindən teatrda aparılan yoxlamalara münasibət bildirib.

Bubarədə o, keçirdiyi mətbuat konfransında deyib.

Direktor bütün söz-söhbətlərin teatrın ötən il keçirilən 90 illik yubileyindən sonra yarandığını bildirib.

Onun sözlərinə görə, yubiley günü nazirliyin sabiq birinci müavini Elnur Əliyevlə olan söhbətindən sonra teatr planı qaldırılıb: "Bununla bağlı müraciət etdim və bir qədər aşağı salındı. Yoxlamalar başladı.

İki gün sonra Fərəh Acalova görüşmək istədiyini bildirdi, amma etiraz etdim".

"Report"

NE
Nihadə Eyyubova