Hadisə

Sumqayıt-Bakı elektrik qatarı adam vurub

Sumqayıt-Bakı elektrik qatarı adam vurub

Bu gün səhər 07:25-də Sumqayıtdan Bakıya yola düşən elektrik qatarı adam vurub.

Bununla bağlı Oxu.Az-ın hadisə yerində olan müxbiri xəbər verib.

Qatar bələdçisinin verdiyi məlumata görə, qatarın vurduğu şəxs ölüb.

Hadisə nəticəsində qatarların hərəkətində gecikmələr müşahidə edilir.

D
demokrat.az