Gündəm

Paşinyan: "Azərbaycanla dəmir yolunun bərpasına hazırıq"

Paşinyan: Azərbaycanla dəmir yolunun bərpasına hazırıq

Nikol Paşinyan üçtərəfli işçi qrupun Moskvada keçirilən görüşün nəticələrini şərhedib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan baş nazirinin sözlərinə görə görüşdə Yerasx (Arazdəyən)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun yenidən qurulması məsələsi müzakirə olunub.

“Təəssüf ki, konkret nəticənin olduğunu deyə bilmərəm, lakin bir daha təsdiq etmək istəyirəm ki, Ermənistanbu proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Təklifimiz qüvvədə qalır və Ermənistan dəmir yolunun bərpasına hər an başlamağa hazırdır.

Əvvəllər də fikirlərimizi bildirmişik. Həmin ideyaların ümumi olduğu andan dəmir yolunun bərpasına başlamağa hazırıq”, – deyəPaşinyan əlavə edib. O bildirib ki, dəmir yolu və avtomobil yolu Ermənistanın qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlivə bu, sənəddə qeydə alınmalıdır.

NE
Nihadə Eyyubova