“Azərbaycan addım-addım Xankəndini öz suverenliyinə qaytarmalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri əlavə edib ki, əgər bu gün biz Xankəndidə yaşayan ermənilərə elektrik, qaz veririksə, yol çəkiriksə orada yaşayanların da Azərbaycan vətəndaşlığını qəbul etməsi vacibdir.
“Sülhməramlı qüvvələrin mandatının Azərbaycana hər hansı bir şəkildə mane olmaq ixtiyar yoxdur! Azərbaycan suveren ərazisində istənilən addıımı ata bilər, yalnız hərbi əməliyyatlardan başqa. Çünki adından görünür ki, bu vasitəçilik missiyasının əsas vəzifəsi Azərbaycan-Ermənistan arasında atəşkəs rejiminə riayət etməkdir. Digər bütün məsələlərdə Azərbaycan müstəqildir və istənilən addımı ata bilər. Orada antiterror əməliyyatı da apara bilər, həmçinin Azərbaycan sərhədlərinin dağıldılmasının qarşısını ala bilər. Yəni, bu kimi bir sıra işləri görə bilər və buna görə də, heç kim ona mane ola bilməz!”.
Nəzrin Demokrat.az


