İdman

DÇ-2022: Ronaldo ən pis futbolçular sırasında

DÇ-2022: Ronaldo ən pis futbolçular sırasında

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatının qrup mərhələsinin ən zəif futbolçuları sırasındadır.

Demokrat.az “SofaScore” portalına istinadən xəbər verir ki, ən zəif nəticə göstərən futbolçuların təmsil olunduğu heyətdə qapıçı – Meşal Barşim (Qətər), müdafiəçilər – Homam Ahmed (Qətər), Fransisko Kalvo, Oskar Duarte (hər ikisi Kosta-Rika), Alister Conston (Kanada), yarımmüdafiəçilər – Tajon Buşanan (Kanada), Abdulel Al-Malki (Səudiyyə Ərəbistanı), Kərim Budaif (Qətər), Metyu Leki (Avstraliya), hücumçular – Almoez Ali (Qətər) və Kriştiano Ronaldo yer alıblar.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatı Ronaldonun karyerasında 5-ci mundialdır. Portuqaliya seçməsi turnirin səkkizdəbir final mərhələsində İsveçrə yığması ilə üz-üzə gələcək.

D
demokrat.az