Siyasət Özəl

Rusiya bölgədə gərginliyi artırmaqla nə etməyə çalışır? — ŞƏRH

Rusiya bölgədə gərginliyi artırmaqla nə etməyə çalışır? — ŞƏRH

“Rusiya Müdafiə Nazirliyinin son günlərdəki addımları və eyni zamanda sülhməramlıların erməni separatçıları ilə birlikdə Azərbaycana qarşı təxribat xarakterli hərəkətlər etməsi Azərbaycanı da adekvat addımlar atmağa məcbur edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, Putin yeni siyasət sərgiləməyə çalışır.

“Əvvəlcə qeyd etmək lazımdır ki, Kreml Azərbaycana qarşı tutduğu mövqe ilə Ermənistanı özünə tərəf çəkməyə çalışır. KTMT-nin İrəvanda keçirilən son sammitindən sonra Rusiyada Paşinyanın getdikcə uzaqlaşması qorxusu yaradıb. Bu uzaqlaşmanı aradan götürmək üçün Putin yeni siyasət sərgiləməyə çalışır. Digər tərəfdən, Azərbaycanın Rusiyanın təklif etdiyi sülh müqaviləsi variantına bir mənalı şəkildə qarşı çıxması Putini narahat edir və o, əvvəl-axır öz şərtlərini tərəflərə qəbul etdirmək və bununla da sülhməramlıların müddətini uzatmağa çalışır”.

Rusiya bölgədə gərginliyi artırmaqla nə etməyə çalışır? — ŞƏRH
Politoloq əlavə edib ki, Azərbaycanın əlində Rusiya və Ermənistanın antiAzərbaycan çıxışlarını neytrallaşdırmaq üçün yetərincə mexanizm var.

“Rusiya sülhməramlılarının bölgədən çıxarılması, ərazilərin Azərbaycana verilməsi, Türkiyə hərbi kontingentinin Qarabağla bağlı məsələ qaldırılması, Laçın dəhlizinə nəzarətin Qarabağda yerləşdirilməsi belə mexanizmlərdəndir. Azərbaycanın bunlardan hansını seçəcəyi yaxın günlərdə məlum olacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az