“Rusiya sanksiyalara görə dekabr ayından Bakı-Ceyhan kəməri ilə neft ixracını dayandırır. Bu hadisə onu göstərir ki, Rusiya Federasiyasına qarşı Ukraynadakı müharibəyə görə tətbiq edilən kollektiv Qərbin sanksiyaları artıq özünü praktikada göstərir və get-gedə də bunlar sərtləşir. İndi Qərbin Rusiya neftinə qarşı onun yuxarı həddinin müəyyənləşdirilməsi, digər tərəfdən tankerlərlə daşınmasına qadağaların qoyulması və s. kimi məsələlər sanksiyalar paketində nəzərdə tutulub. Artıq tətbiqinin başlaması ona gətirir ki, baxmayaraq ki, Rusiyanın qonşu ölkələrlə, belə deyək ki, yaxşı münasibətdə olan ölkələr kimi ona da diqqət yetirməyə başlayıblar”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert qeyd edib ki, Rusiyanın artıq özəl şirkətləri də sanksiyalara məruz qalıb:


“Rusiyanın sanksiya altında olan şirkətləri, xüsusən də, özəl şirkət olan “Lukoil” şirkəti də sanksiyalara tuş gəlib. Avropa Komissiyası qeyd edib ki, bu Rusiya büdcəsinə ən çox vergi ödəyən şirkətdir. Ona görə də, onun gəlirləri azalmalıdır ki, Rusiya öz qonşusuna qarşı bu cür əməliyyatları maliyyələşdirə bilməsin. Bu baxımdan da, görünür sonuncu xəbərdarlıq edilib və o cümlədən Rusiya neftinin daşındığı infrastruktur hansının ki, onun əməliyyatçısı “BTC Company”dir. Bu şirkət 20 il bundan öncə Kayman adalarında Britaniyanın hüquq müstəsivisəndə yerləşən ofşor zonada qeydiyyatdan keçmiş bir şirkətdir. Hansı ki, Bakı-Tbilisi-Ceyhanın tikintisi və idarə edilməsi üzrə hüquq şəxsdir. Bundan nəticə çıxardaraq, bəli Azərbaycandan üç ölkə vardır ki, hansı ki, tranzit nəqli vardır, onun başqa səmtə yönəldilməsi ilə bağlı xəbərdar ediblər. Bu məlumatlar ki, ictimailləşib dünəndən görünür ki, bunu da Rusiya qəbul edib. BTC-nin Qərb səhmdarları bizim infrastrukturla neft daşınmasını mümkünsüz etdilər. Rusiya da bunu artıq Qazaxıstandan başlanğıcını göstərən Tengiz-Novorossiysk neft kəmərinə həmin nefti yönəldəcək. Bu neft Rusiyanın Xəzər sektorunda hasil edilən, yəni Dağıstan şeyxində hasil edən neft idi. İldə təxminən 7 milyon neft hasilatı vardlr. Onun 1-1,2 milyonunu Bakı-Tbilisi-Ceyhanla göndərirdi”.
Ekspert vurğulayıb ki, faktiki olaraq bir ay müddətində Rusiyadan tranzit nefti gəlməyəcək.
“Ancaq əvəzində 2023-cü ilin yanvarın 1-dən başlayaraq Qazaxıstan neftinin həcmləri Bakı-Tbilisi-Ceyhanla artırılır. Əgər əvvəllər təqribən 200-250 min ton daşınırdısa Bakı-Tbilisi-Ceyhan üzərindən indi bunun həcmləri 1,5 milyon tona qədər artırılır. İndi BTC-ni idarə edən səhmdarlar maddi baxımdan və həcm etibarilə heç bir ziyan görməyəcəklər. Əvəzində daha da tranzit həcmlər artacaq. Azərbaycanın da nə qədər tankerləri burada var və əlavə həcmlər qazanr. Bu daşımalar da əsasən Batuma gedəcək və burada Azərbaycan dəmir yolu qazanacaq. Yəni, bu Azərbaycan üçün multieffektiv olan bir məsələdir”.
Nəzrin Hüseynli Demokrat.az


