Hadisə

“Azərsu” ASC-nin maşını piyadanı vurub öldürdü

“Azərsu” ASC-nin maşını piyadanı vurub öldürdü

“Azərsu” ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.

“Azərsu” ASC-nin sözügedən ərazidə xidmət aparan əməkdaşı Əliəkbər Şıxıyevin quruma məxsus avtomobili geriyə verərkən ehtiyatsızlıqdan 68 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

D
demokrat.az