İdman

DÇ-2022: Mərakeş Belçikanı məğlub etdi

DÇ-2022: Mərakeş Belçikanı məğlub etdi

Bu gün DÇ-2022-də növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, mundialın 8-ci günündə F qrupunun komandaları da meydana çıxıb.

II turun qrupdakı ilk matçında Belçika Mərakeşi sınağa çəkib. Qrupun lideri olan “qırmızı iblislər” görüşün favoriti idi.

Roberto Martinesin yetirmələri qalib gəlsə, 1/8 finala vəsiqəni təmin edəcəkdi. Mərakeşlilər isə şanslarının azalmaması üçün qalib gəlməli idi. İkinci hissədə 2 qol vuran afrikalılar mundialda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, F qrupunun digər oyununda Xorvatiya ilə Kanada qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

D
demokrat.az