Dünya

Corciya ştatında atışma — ölən və yaralananlar var

Corciya ştatında atışma — ölən və yaralananlar var

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində atışma olub.

Demokrat.az report-a istinadən xəbər verir ki, olay nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Məlumata görə, insident noyabrın 26-da saat 20:00-da (Bakı vaxtı ilə noyabrın 27-də saat 05:00-da) 17-ci küçədə körpü yaxınlığında baş verib. Bir nəfər hadisə yerində ölüb, 5 nəfər isə xəstəxanaya qaldırılıb.

Bildirilib ki, polis hələlik şübhəliləri müəyyən etməyib. Qeyd olunub ki, insident yeniyetmə və gənclər arasında yaranmış mübahisə zəminində yaşanmış ola bilər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az