Taekvondo üzrə Yeniyetmələr arasında Avropa birinciliyində taekvondoçularımızdan Xuraman Cavadzadə mükafat qazanmağa müvəffəq olub.
Demokrat.az-ın xəbərinə görə, 37 kq çəki dərəcəsində X.Cavadzadə yalnız finalda uduzaraq, Avropa birincilyinin gümüş medalını əldə edib.
Bu nəticədən sonra Azərbaycan millisi artıq qitə birincilyinin ilk günündə 1 qızıl, 1 gümüş medal qazanıb. Belə ki, millimizin heyətində qızların ən aşağı çəki dərəcəsində (-29 kq) mübarizə aparan Zəhra İsayeva Avropa çempionu olub.
Qeyd edək ki, Yeniyetmələr arasında Avropa birinciliyi Maltanın paytaxtı Valetta şəhərində keçirilir. Qitə birinciliyinə bu gün start verilib, yarış 28 noyabradək davam edəcək.



