Sosial Özəl

Binəqədi sakinləri “Azərsu” ASC-dən şikayətçidir: “Ərazidə infeksion xəstəliklərin yayılması üçün münbit şərait yaradır”

Binəqədi sakinləri “Azərsu” ASC-dən şikayətçidir: “Ərazidə infeksion xəstəliklərin yayılması üçün münbit şərait yaradır”

“Azərsu” ASC sakinlərinin illərdir ki, üzləşdiyi problemi həll etməkdən boyun qaçırır.

Bu barədə ictimai fəal Zaur Əkbər Demokrat.az-a ünvanladığı şikayət məktubunda qeyd edib.

Zaur Əkbər bildirib ki, 50-dən çox ailənin yaşadığı ərazidə illərdir ki, sakinlər çətinliklərlə üzləşiblər. Buna səbəb isə “Azərsu” ASC-nin korrupsiya layihəsi olduğu iddia olunub:

“Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsinin (31 saylı çörək sexinin yanı) sakinləri “Azərsu” ASC -dan şikayət edirlər. Onlar yaşadıqları əraziyə bir neçə il bundan qabaq Biləcəri magistral yolundan keçən minlik kanalizasiya xəttinin açılaraq onların yaşadığı əraziyə birləşdirildiyini deyir. Korrupsiya layihəsi, kiminsə şəxsi tapşırığı əsasında baş tutan bu layihə hər yağış yağanda sakinlərin yeganə gediş-gəliş yolunu bərbad hala salır, ətraf daşmış kanalizasiya sularından üfunət qoxuyur. Bu da birbaşa ərazidə infeksion xəstəliklərin yayılması üçün münbit şərait yaradır”.

Binəqədi sakinləri “Azərsu” ASC-dən şikayətçidir: “Ərazidə infeksion xəstəliklərin yayılması üçün münbit şərait yaradır”

Şikayətçi “Azərsu” ASC-nin işçilərinin məsələ ilə bağlı bir neçə dəfə əraziyə gəldiyini, problemi öz gözləri ilə görsələr də heç bir tədbir görülmədiyini qeyd edib:

“Onlar yalnız boru xəttini yumaqla, problemin tezliklə həll olunacağı ilə bağlı vəd verməklə işlərini bitmiş hesab ediblər. Sakinlərin dediyinə görə məsələ ən qısa zamanda həllini tapmasa, sakinlər magistral yolu bağlamaqla etiraz aksiya keçirib, ölkə rəhbərliyinin diqqətini məsələyə cəlb edəcəklər”.

Demokrat.az olaraq məsələ ilə bağlı “Azərsu” ASC -nin mövqeyini öyrənməyə çalışsaq da, qurumdan zənglərimizə cavab verilmədi. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Aynurə Demokrat.az

D
demokrat.az