Sosial Özəl

“Qaz sayğaclarına olan müdaxilə iki dəfə azalıb” — Şöbə rəisi

“Qaz sayğaclarına olan müdaxilə iki dəfə azalıb” — Şöbə rəisi

“Bu ilin əvvəlində dövri yoxlama müddəti bitən qaz sayğaclarının sayı 650 minə yaxın olub. Artıq 250 min qaz sayğacı əvəz olunaraq dövlət yoxlamasına göndərilib”.

Demokrat.az xəbər verir ki, bu fikirləri SOCAR-ın “Azəriqaz” İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” günündə sualları cavablandırarkən deyib. Qurum rəsmisi bildirib ki, bu il qaz sayğacında kənar müdaxilə hallarında xeyli azalmalar müşahidə olunub ki, bu da sevindirici haldır.

“Qeyd edim ki, 2020-ci ildə çıxarılan qaz sayğaclarının 13 min, 2021-ci ildə bu rəqəm 20800, bu il isə 8900 ədəd qaz sayğacında kənar müdaxilə halları aşkarlanıb. Demək olar ki, iki dəfə azalmışdır. Bilirsiniz ki, qanunvericilikdə müvafiq dəyişiliklər olub. Əgər qaz sayğacına hər hansı bir kənar müdaxilə olunduğu halda, onun hesablanması, dəymiş ziyanın hansı qaydalar hesablanması müəyyən olunmuşdur. Eyni zamanda, ötən ildən başlayaraq qaz sayğaclarının şəffaf qutularda yerləşdirilməsi həyata keçirilir. Bu şəffaf qutular həm zərbəyə davamlıdır, eyni zamanda kənar müdaxilədən qorunması təmin edilir. Şəffaf qutu quraşdırıldıqdan sonra hər iki hissədən plomblanır. Bu işlərin nəticəsində ötən ildən artıq qaz sayğaclarına olan müdaxilələr iki dəfə azalıb”.

Aynurə Demokrat.az

D
demokrat.az