“Mənə elə gəlir ki, hazırkı nəticə Paşinyanın ürəyincədir. Çünki Paşinyan hakimiyyəti Vaşinqtonla danışıqlar aparır. Oradan Paşinyanın qarşısına KTMT-dən çıxmaq təklifi sürülüb. Çıxdıqdan sonra isə ABŞ-nin Ermənistana silah yardımı edəcəyi, hətta təhlükəsizliyinə zəmanət verəcəyi məsələsi gündəmdədir”.
Bu fikirləri KTMT-nin sammitinin doğuracağı nəticələriOxu.Az-a şərh edən politoloqTeymur Qasımlıdeyib. O bildirib ki, bu görüşdə Azərbaycana qarşı hansısa bəyanatın verilməyəcəyi məlum idi: “Lakin mən Ermənistanın KTMT-dən çıxacağına inanmıram. Çünki indiki zamanda bunu etməklə Paşinyan ölümünə qol çəkər. Əslində, KTMT-dən çıxıb-çıxmamağın Ermənistan üçün heç bir fərqi yoxdur. Çünki 1992-ci sentyabrın 27-dən bu günədək Ermənistanın Türkiyə və İran sərhədini Rusiya sərhədçiləri qoruyurlar. Paşinyan ərazidən birinci onları çıxarsın. Bunu etməkonun üçün uğur hesab edilə bilər. Rusiyalı sərhədçilər ərazisində qalmaqda davam edərkənKTMT-dən çıxsa belə, heç nə dəyişməyəcək. Çünki Rusiyanın Qafqazda təsir rıçaqları qalır”. Ekspert hesab edir ki, Ermənistan bundan sonra da Qərbə doğru inteqrasiyanı gücləndirəcək:
“Amma KTMT üzvlüyündə də qalacaq. Çünki hazırda Paşinyan orduda heç bir yenilik edə bilmir”.