İdman Özəl

DÇ-2022: İsveçrə Kamerunu kamerunlunun qolu ilə "vurdu"

DÇ-2022: İsveçrə Kamerunu kamerunlunun qolu ilə vurdu

Futbol üzrə Dünya çempionatında "G" qrupunun oyunlarına start verilib.

Demokrat.az-ın xəbərinə görə, qrupun ilk matçında İsveçrə yığması Kamerunla qarşılaşıb.

Gərgin keçən oyunda avropalılar minimal hesabla qalib gəlib. İsveçrənin heyətində Embolo 48-ci dəqiqədə Xerdan Şakirinin ötürməsindən sonra fərqlənərək, komandasına üç xal qazandırıb.

Bu, əslən Kamerundan olan Bril Donald Embolonun yığmanın heyətində 60-cı oyunu, 12-ci qolu olub.

DÇ-2022, qrup mərhələsi 24 noyabr, I tur G qrupu İsveçrə - Kamerun - 1:0 Qol: Bril Embolo, 48

Qeyd edək ki, qrupun digər qarşılaşmasında Bakı vaxtı ilə saat 23:00-da Braziliya və Serbiya ilə üz-üzə gələcək.

Zamiq Demokrat.az

D
demokrat.az