“Rusiya tərəfi Azərbaycanın Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməsində narahatdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Rusiya tərəfi çalışır ki, Azərbaycan hərbi əməliyyatlara start verməsin: 
Ümumiyyətlə, Putin etibarsız, etimad edilməyən, öz imzasına hörmət etməyən bir dövlət başçısıdır. Ona görə də, Azərbaycan tərəfi də bunu çox yaxşı bilir. Putin hər yolla çalışır ki, bu kimi danışıqlar yolu ilə prosesi uzatsın. Hərbi əməliyyatların baş verməsi qarşısını alsın”.
Nəzrin Demokrat.az


