Bir qrup amerikalı tədqiqatçı Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib. Onların arasında Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran da yer alıb. Doran Xudafərin körpüsününqarşısında çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq yazıb:“Xudafərin körpülərindən birində günorta çayı içdik”. Amerikalı qonağın bu paylaşımı maraqla qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçiləriMayk Doranın paylaşımını son günlər yaşanan gərginlik fonunda İrana mesaj kimi qiymətləndirirlər. 

Xudafərin körpüsündən İrana mesaj — FOTO
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


