Dünya Özəl

Polşa Ukraynadakı investisiya layihələri üçün güzəştli krediti 160 milyon avroya qədər artırır

Polşa Ukraynadakı investisiya layihələri üçün güzəştli krediti 160 milyon avroya qədər artırır

Ukrayna Nazirlər Kabineti Ukrayna və Polşa hökumətləri arasında investisiya layihələrinin həyata keçirilməsi üçün güzəştli kreditlərin məbləğinin artırılması haqqında Sazişə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bubarədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətiməlumat yayıb .

Sərəncama əsasən, kreditin məbləği 60 milyon avro artırılaraq 160 milyon avroya çatdırılıb.Müqavilələrin bağlanması üçün son tarix 31 dekabr 2022-ci il tarixindən 31 dekabr 2024-cü il tarixinədək uzadılıb.Gömrük nəzarətinin texniki vasitələrinin alınması üçün xərclərin ən azı 60%-nin Polşa mənşəli olması tələbi ilə bağlı müddəa ləğv edilib.2017-2018-ci illərdə bağlanmış müqavilələrdə artımın həcmini məhdudlaşdırmadan onların qiymətini artırmaq üçün dəyişikliklər etmək mümkündür.

Qəbul edilmiş sərəncamla, həmçinin, Ukrayna Hökuməti ilə PolşaRespublikası Hökuməti arasındaMüqaviləyə dəyişikliklər edilməsi haqqında Protokol layihəsi də təsdiq edilib və bu Protokolu imzalamaq səlahiyyəti Ukraynanın maliyyə naziri Serhi Marçenkoya verilib.

Leyla Demokrat.az

D
demokrat.az