Siyasət Özəl

“İran Azərbaycanın tərkibində bir muxtar vilayət ola bilər"

“İran Azərbaycanın tərkibində bir muxtar vilayət ola bilər

“Əslində İranın aqressiyası son vaxtlarla bağlı deyil. Hətta, 1918-ci ildə Milli Şura indiki Azərbaycan dövlətinin adını qoyarkən, İran çox ciddi etirazlar edib. Faktiki olaraq Azərbaycan adının özü belə İranı çox qıcıqlandırır. Çünki İran yaxşı bilir ki, onlar Azərbaycanın böyük bir hissəsini işğal altında saxlayırlar, ilhaq ediblər. Və türklərin böyük bir hissəsini öz əsarəti altında saxlayırlar. Yaxşı bilirlər ki, Şimali Azərbaycan güclənəcəyi təqdirdə Azərbaycanın bütövləşməsi məsələsi də gündəmə gələcək. Təsadüfi deyil ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın bütövləşməsi məsələsi həm o tayda, həm də bu tayda böyük sürətlə gündəmə gəlməkdədir. Bu gün də bu hadisələrin biz şahidiyik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri molla rejimindəki bəzi şəxslərin İranın Azərbaycana birləşməsi dair fikirlərinə də münasibət bildirib.

“Əslində biz birləşmənin tərəfdarıyıq. Azərbaycan birləşəndən sonra İran Azərbaycanın tərkibində bir muxtar vilayət ola bilər. Burada heç bir qəbahət şey yoxdur. Ya biz özümüz ayrı Azərbaycan Türk Dövlətini yaratmalıyıq, ya da İran ərazisində yaşayan farslar əgər istəyərsə, onlar Azərbaycanın tərkibində muxtar bir vilayət ola bilər. Bunda da pis bir şey yoxdur. Sadəcə olaraq onlar bir şeyi bilmirlər ki, İran deyiləndə, bu İran dövləti 1924-cü ildə yaradılıb. Ona qədər indiki İran deyilən əhali, yəni farslar Azərbaycan türklərinin min illik imperiyasının bir ərazisində yaşayan müəyyən statusa malik azsaylı xalqlar olub. Bundan sonra da onların bu statusuyla Azərbaycanın tərkibində yaşamaqlarına etiraz etmirəm. Yəni, birləşək və Azərbaycan daha 50 milyonluq toplum olacaq. Farslar isə 10 milyon olacaq. Təbii ki, 50 milyon xalq öz dövlətini quracaq. 10 milyonluq fars isə Azərbaycanın tərkibində İran Muxtar Respublikası kimi qala bilər”.

Aynurə Demokrat.az

D
demokrat.az