“Qaz kəmərkərinə özbaşına müdaxilə etmək yolverilməzdir. Abonentlərdən tikinti norma qaydalarına riayət etmələrini xahiş edirik”.
Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi İlkin Behbudov media nümayəndələri ilə görüş zamanı deyib.
Qurum rəsmisi əlavə edib ki, bir yerdə mətbəx quraşdırılırsa, o zaman orada bütün kommunikasiyalara xüsusi diqqət edilməsi vacibdir.
“Çünki əgər biz mətbəxin yerinə dəyişiriksə, o zaman bütün kommunikasiya sistemini pozmuş oluruq. Həmçinin də, qaz kəmərinin yerini də dəyişmək məcburiyyətində qalırıq. Bunları etməmişdən qabaq həmin layihəyə uyğun dəyişiklik olmalıdır. Uyğun dəyişiklik olduqdan sonra ona uyğun olaraq da icazə verilərsə ki, onun yerini dəyişsilsin, o zaman konkret olaraq qazın çəkilişini bu sahə üzrə ixtisaslaşmış təşkilatlar, mütəxəssislər tərəfindən olmalıdır. Evlərdə hansısa birləşdirici vasitələrlə qazın çəkilişini etmək olmaz, çünki bunlar sonda qaz partlayışına səbəb olur. Yəni, burada bir balaca boşluğa yol verilsə, qaz sızması qaçınılmazdır”.
İ.Behbudov qeyd edib ki, uzunmüddət yaşayış olmayan evlərdə qazdan istifadə etməyə başlayanda mütləq aidiyyatı qurumlara müraciət olunmalıdır:
“Abonentlər ilk növbədə “Azəriqaz”İB-nə müraciət etsin və orada bir baxış keçirilsin. Yaxud da, hansıssa podratçı təşkilatlara müraciət edə bilərlər. Bu olsaydı, əminəm ki, ötən gün Xırdalanda evdə partlayış baş verməyəcəkdi”.
Qurum rəsmisi dəm qazı ilə də bağlı məlumat verib:
“Artıq qış mövsümi başlayıb və biz statistikaya baxdıqda, ötən illə müqayisədə say etibarilə azalma nəzərəçarpacaq dərəcədədir. Bu da aparılan maarifləndirmə işlərinin təsirinin nəticəsidir ki, insanlar bu təhlükəni bilirlər. Son 10 ildə aparılan statistikaya görə hadisələrin minimum 95 faizi hamam otaqlarında baş verir. Belə təhlükələrdən sığortalanmaq üçün hamam otaqlarında qazla işləyən cihazlar uzaqlaşdırılmalıdır, yəni onu istənilən məsafədən istifadə etmək olar. Bununla da, bu cür xoşagəlməz hadisələrdən sığortalanmış olacağıq. Dəm qazı ən çox müəyyən səbəblərdən hamam otağında əmələ gəlir. Əgər o yoxdursa, məsələni kökündən həll etmiş oluruq”.
Aynurə Demokrat.az


