Dünya Müasir Döyüş növləri Federasiyasının növbəti reytinq turniri və “Qarabağ” Karate Klubunun 5-ci Klublararası Açıq Çempionatı keçirilib.
Demokrat.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda karate üzrə reytinq turnirində 600-ə qədər idmançı mübarizə aparıb. Bütün yaş qruplarında iştirak edən karateçilər 30 klubdan təmsil olunublar, 23 klub və karate bölməsinin idmançıları müxtəlif əyarlı medallara layiq görülüblər.
Yarışın açılış mərasimini giriş nitqi ilə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədov açıb. İdmançılara uğurlar arzulayaraq Dünya çempionu, tamaşaçılara səslənərək, karateçiləri dəstəkləməyə çağırıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardından "Əfsanə" rəqs qrupu Üzeyir Hacıbəyov "Cəngi" musiqisinin sədaları altında zala toplaşanları feyziyab edib.
Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Dünya və Avropa çempionu Arif Məmmədov il ərzində beynəlxalq və daxili yarışlarda medal qazanan idmançıların ilin sonunda mükafatlandırılacaqlarını bildirib. O, son Dünya çempionatında qalib gələn idmançıları yarış zalına toplaşan tamaşaçılara təqdim edib.
Nəticələrə gəlincə, iki gün davam edən yarışın yekununda aşağıdakı idmançılar fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar:
6-7 yaş Zakir Qardaşov - 25 kq (“Sport Master”)
8-9 yaş Əli Əhmədov -30 kq (“Günəş”) Vladimir Qrimzin +30 kq (“Samuray”) Selin Əliyeva +25 kq (“Qarabağ”)
10-11 yaş Mədinə Kazımova +30kq (“Ali Rajabov School”) Eldar Qurbanlı - 30 kq (“Əlincə”) Murad Allahverdiyev - 35 kg (“Günəş”) Marat Semixov - 45 kq (“Samuray”) Şamo Kamilov +45 kq (“Jaguar”)
12-13 yaş Əminə Quliyeva - 47 kq (“Günəş”) Xədicə Mürsəlova + 47 kq (“Günəş”) Mikayıl Nağıyev - 35 kq (“Günəş”) Əbülfəz Rəfiyev - 40 kq (Xırdalan) Uğur Səmədli - 45 kq (Sumqayıt) Elton Əliyev - 50 kq (“Qarabağ”) Raul Səfərəliyev +50 kq (“Riyad Shotokan”)
14-15 yaş Cansu Əhmədzadə - 47 kq (“Qarabağ”) Fidan Rüstəmova +47 kq (MKM) Ömər Səlimov - 57 kq (Sumqayıt) Kamil Kərimli - 70 kq (“Samuray”) Sinan Əliyev +70 kq (“Shabanov Karate”)
16-17 yaş Həsən Əhmədov - 55 kq (“Qarabağ”) Rəsul Abbasov - 61 kq (“Judo Club 2012”) Musa Məmmədov +61 kq (“Judo Club 2012”)
18 yaşdan yuxarı Humay Həsənli +68 kq (MKM) Nəcməddin Bünyadov +84 kq ( MKM)
Komanda kumite (qarışıq)
1) “Samuray” 2) “Jaguar” 3) “Qarabağ” 3) “Shabanov Karate”
Medal hesabında
1) “Günəş” 2) “Qarabağ” 3) MKM 4) “Samuray” 5) “Judo Club 2012”
Xatırladaq ki, ilin sonunadək birinci olmağa davam edərlərsə, qiymətli hədiyyələrə layiq görülə bilərlər. Şərtlərə əsasən, reytinq xalları ilə zirvədə qərarlaşan və yaşı 15-dək olan idmançı ili məğlubiyyətsiz başa vurarsa, 10.000 manat (şəxsi məşqçisi 2.000 manat) pul mükafatı qazanacaq. İl ərzində 16-17 yaşlılar arasında uduzmayan idmançı avtomobilə, 18 yaşdan yuxarı bütün yarışların qalibi mənzilə sahib olacaq.
Qeyd edək ki, yarışın açılış mərasimində beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edən hakimlərdən İldırım Şirinov və Ruslan Paşayev mükafatlandırılıblar. 




















Zamiq Demokrat.az


