Xırdalanda partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə“AAAF” parkda yerləşən binadakı mənzillərin birində olub.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.
Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır. ***
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.
Yanğından Mühafizə Bölmələri və Xüsusi riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.






