Hazırda Gürcüstan sərhədində 1600-ə qədər erməni yükü olan avtomobil dayanıb. Demokrat.az "Newsarmenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Yuxarı Lars keçid məntəqəsindəki vəziyyətdən danışarkən deyib.
"Oktyabrın ortalarından indiyədək Ermənistandan ixrac edilən məhsulları Rusiyaya gətirən yük avtomobillərinin sayında 1600-ə qədər fərq var. Yəni, deyə bilərik ki, bu gün Gürcüstan sərhədində 1600-ə qədər Ermənistan yük avtomobili dayanıb "
Kerobyan vurğulayıb ki, Yuxarı Lars keçid məntəqəsinin hazırkı tutumu son hadisələrdən əvvəl olduğu kimi eyni olaraq qalır:
"Götürmə qabiliyyəti bərpa edilib, lakin Ermənistan yüklərinin xətti 10 gündür uzanıb. Biz rusiyalı həmkarlarımızla hər gün əlaqə saxlayırıq ki, ötürmə qabiliyyətini artıra bilək".
Onun sözlərinə görə, bu gün rusiyalı həmkarı, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla Larsın ötürmə qabiliyyətinin tezliklə bərpası mexanizmlərini müzakirə etmək planlaşdırılır.
Bundan əvvəl Kerobyan bildirib ki, Krım körpüsündə baş verən partlayışdan sonra Yuxarı Lars keçid məntəqəsində (Rusiya-Gürcüstan sərhədində) nəzarət gücləndirilib.
Zaman-zaman mətbuatda “Yuxarı Lars” keçid məntəqəsində (Ermənistanla Rusiya Federasiyası arasında yeganə quru yolu) tıxacların yarandığı, tez xarab olan məhsulların itkisi səbəbindən şirkətlərin böyük ziyanlarla üzləşdiyi bildirilir.
Jalə Demokrat.az


