İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi son sanksiyalarla bağlı açıqlama verib.
Demokrat.az İRNA-ya istinadən xəbər verir ki, Kenani İran vətəndaşlarına və qurumlarına qarşı tətbiq edilən sanksiyaları əsassız, qeyri-qanuni və İranın daxili işlərinə müdaxilə adlandırıb.
Avropa ölkələrini “sanksiya asılılığı ilə ağıl və ciddilikdən yayınmaqda” ittiham edən İranın XİN rəsmisi bu yanlış yanaşma ilə İran və Avropanın qarşılıqlı əlaqəsinin daraldığını bildirib.
İranın sanksiyalara qarşı lazımi tədbirləri görəcəyini bildirən Kenani bizim də onlara cavab vermək hüququmuz var deyib.
Qeyd edək ki, dünən Aİ və Böyük Britaniya, Məhsa Əminin ölümü və sonradan başlayan nümayişlərə müdaxilələrə görə iki nazir də daxil olmaqla iranlı şəxslərə qarşı sanksiyalar tətbiq edib. İngiltərə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri İsa Zarepur da daxil olmaqla 24 İran rəsmisinə insan haqlarının pozulmasına görə məsuliyyət daşıdıqlarına görə sanksiya tətbiq etmək qərarına gəlib.
Aİ isə İrandakı nümayişlərdə müdaxilələrə görə daxili işlər naziri Əhməd Vahidi də daxil olmaqla 29 iranlıya və 3 təşkilata qarşı yeni sanksiyalara tətbiq etdiyi açıqlayıb.
Xatırladaq ki, sanksiyalardan sonra İran oktyabrın 19-da Britaniyanın 9 yüksək rütbəli rəsmisinə və bəzi qurumlara, Avropa Parlamentinin üzvləri də daxil olmaqla, 12 avropalı şəxsə və 8 təşkilata sanksiya tətbiq edib.
Jalə Demokrat.az


