Gələcəkdə raketlə Yer kürəsini bir saat ərzində dövrə vurmaq mümkün olacaq.
Demokrat.az Mk.ru-ya istinadən xəbər verir ki, amerikalı iş adamı İlon Mask bunu G20 sammitində çıxışı zamanı deyib. O, həmçinin qeyd edib ki, gələcəkdə tıxaclarla mübarizə aparmaq üçün yerin dərinliklərində qazılacaq yeraltı tunellər olacaq. İ.Mask çıxışı zamanı yad planetlilərdən də danışıb:
"Bəlkə də milyonlarla il yaşı olan yadplanetlilər tapacağıq".
"Twitter"in sahibi daha əvvəl G20 sammitində dünya biznes liderləri ilə danışmaq üçün şəxsən İndoneziyanın Bali şəhərinə gələcəyini desə də, bazar ertəsi onlarla onlayn şəkildə əlaqə saxlayıb.
Biznesmen səyahətdən imtina etməsini "Twitter" sosial şəbəkəsini aldıqdan sonra iş yükünün artması ilə izah edib.
Jalə Demokrat.az


