“44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizin nüfuzunun günü-gündən artması, iqtisadiyyatımızın dirçəlməsi İranı narahat etməyə başlayıb”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov bildirib. Ekspert İranda milyonlarla azərbaycanlının yaşadığını qeyd edib: 
Təbii ki, bu olmadı və regionda yaranmış yeni reallıqlar İranın hakim rejiminin xoşuna gəlmir. Ona görə də, müxtəlif vasitələrlə Azərbaycana təzyiq etməyə çalışır. Ən əsas da din vasitəsilə çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Onlar burada təşkilatlarının yaranması, bilavasitə hansısa agentura şəbəkələrinin olması istiqamətində pul xərcləməkdən usanmırlar. Təbii ki, rəsmi orqanlarımız da bu istiqamətdə müəyyən işlər görürlər. İndi Azərbaycan əvvəlki illərdən fərqli olaraq onların bu siyasətinə daha çox dirəniş göstərir. Azərbaycan onların Ermənistana olan isti münasibətilə bağlı da lazımi cavabını verir. Bu gün vəziyyətin belə olması molla rejimin xoşuna gəlmir. Həmçinin, Azərbaycan dövləti və rəhbəri onların layiqli cavabını verdiyi üçün onlar bir az da “quduzlaşıb”lar”.
Nəzrin Demokrat.az


