Şou-biznes

Ələkbər xəbəri eşidəndən sonra xəstəxanaya yerləşdirilib — Meyxanaçının anası danışdı (VİDEO)

Ələkbər xəbəri eşidəndən sonra xəstəxanaya yerləşdirilib — Meyxanaçının anası danışdı (VİDEO)

Meyxanaçı Ələkbər Yasamallının səhhətində problem yaranıb.

Demokrat.az yazır ki, bu barədə Baku TV-yə söz ustadının anası Bacıqız xanım məlumat verib.

O bildirib ki, hazırda Almaniyada olan Ələkbər yaxın dostu və sənət yoldaşı Rəşad Dağlının bibisi oğlu İskəndər Mehtiyevi öldürməsi xəbərindən sonra xəstəxanaya yerləşdirilib:

“Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir. Orada xəstəxanaya aparıblar, vəziyyəti pisdir. Heç öz övladımla danışa bilmirəm. Kimdən gözləsək də, Rəşaddan gözlməzdik. O, hamımız üçün əziz adam olub”.

D
demokrat.az