Gündəm Özəl

“Rusiya və Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir” — Asim Mollazadə

“Rusiya və Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir” — Asim Mollazadə

“10 noyabr bəyanatının imzalanmasından iki il ötməsinə baxmayaraq, bir çox məsələ hələ də öz həllini tapmayıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputat qeyd edib edib ki, Ermənistan bu bəyanatda nəzərdə tutulan müddəaların icrasını indiyədək həyata keçirməyib:

“Ermənistan dəhlizin açılması, erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı öhdəlikləri yerinə yetirmir. Bununla yanaşı, Rusiyanın üzərində də müəyyən öhdəliklər var. Çünki Rusiya sülhməramlıları ilk növbədə Qarabağa silahların ötürülməsinin qarşısıını almalı idi, lakin hələ də bunun qarşısı alınmayıb. Eyni zamanda, erməni silahlı qüvvələrinin nümayəndələrini Qarabağdan çıxartmayıb. Həmçinin, Zəngəzur dəhlizinin açılması da Rusiyanın öhdəliyidir. Ona görə də, Rusiya və Ermənisitan öz öhdəliklərini yerinə yetirməlidirlər. Və bunu hər zaman onların nəzərinə çatdırmağa ehtiyac var. İki il keçib, lakin zəruri addımlar atılmayıb”.

Aynurə Demokrat.az

D
demokrat.az