"Ukrayna Rusiya Federasiyası ilə danışıqlardan imtina etmir, bunun üçün Moskva bir şərti yerinə yetirməlidir.Ukraynaheç vaxt Rusiya Federasiyası ilə danışıqlardan imtina etməyib və öz şərtini irəli sürüb. Danışıqlardakı mövqeyimiz məlum və açıqdır"
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbər müşaviri Mixail PodolyakTwitter-də yazıb .
Podolyakın sözlərinə görə, Ukrayna bu zaman danışıqlara gedə bilər: Rusiya qoşunlarnı Ukrayna ərazisindən çıxartsın.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin isə buna hazır deyil.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimr ZelenskiUkraynanın Putinlə danışıqlaragetməyəcəyini demişdi:
“Biz artıq Rusiya ilə Rusiyanın başqa bir prezidenti ilə dialoqa hazırıq. Putin ləyaqət və dürüstlüyün nə olduğunu bilmir”.
Leyla Demokrat.az
"


