Siyasət Özəl

“Güney Azərbaycanın öz dövlətini qurmasını tək çıxış yolu olaraq görürük” — VİDEO

“Güney Azərbaycanın öz dövlətini qurmasını tək çıxış yolu olaraq görürük” — VİDEO

“Güney Azərbaycandakı son hadisələr, əslində, Məhsa Əminin ölümündən sonra başlayan üsaynın nəticəsində deyil. Bu, yüzillik bir mübarizənin, yüzillik əsarətin və ayrı-seçkiliyin Güney Azərbaycana yansımalarının bir sonucudur. Biz bundan öncə də Güney Azərbaycanda ayaqlanmanın şahidi olduq. Bir çox şəhid verdik, insanlarımızı həbsə atıldı, bir çox insanımız yaralandı”.

Demokrat.az-ınxəbərinə görə, bu fikirləri Təbriz Tədqiqatlar Mərkəzinin rəhbəri Rza Heyət Reaksiya TV-nin canlı efirində səsləndirib. Onun sözlərinə görə, bu gün Güney Azərbaycan bilir ki, bu dəfə öz müqəddəratını təyin etməlidir:

“Yəni, Güney Azərbaycan üçün bundan gözəl fürsət ola bilməz. Tarixi şərait yaranmış, Azərbaycan Cümhuriyyəti, Quzey Azərbaycan Cümhuriyyəti hər zamankından daha güclüdür və Güney Azərbaycanın yanındadır. Türkiyə dövləti ilə birlikdə hərəkət edir. Dünyada elə bir şərait yaranıb ki, İran rejimin qarşı çox ciddi təpki var. İran rejimi həm içəridən çürümüş, həm də insanlar o qədər məmnuniyyətsiz, narazıdılar ki, rejimi yıxmağa əlbir olublar. Biz bunu təkcə Güney Azərbaycanda deyil, İranın hər yerində hiss edirik. Uzun illər İranı araşdıran, oradakı vəziyyəti təqib edən biri kimi əmin deyə bilərəm ki, İranda rejim dəyişikliyi kəsindir. Nə daxildə, nə xaricdə bu rejimi saxlamağa qadir olmayacaq”.

R.Heyətin fikrincə, Güney Azərbaycan sağlam addımlarla bu tarixi fürsəti dəyərləndirməlidir: “Sağlam addımlarla, həyəcana qapılmadan, doğru-düzgün plan əsasında Güney Azərbaycanın müstəqilliyini, Güney Azərbaycanın öz dövlətini qurmasını tək çıxış yolu olaraq görürük. Bunun üçün də əlimizdən gələni edirik. İrandakı aktivistlərlə çox yaxın münasibətimiz var. Və onlar da Güney Azərbaycanın öz müqəddəratını təyin etməsini istəyirlər”.

Zamiq Demokrat.az
D
demokrat.az