Hadisə

Tovuzda ağır qəza — Ata öldü, oğlu yaralandı

Tovuzda ağır qəza — Ata öldü, oğlu yaralandı

Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov Demokrat.az-a bildirib ki, hadisəsi nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, qəza ilə bağlı ərazidə nəqliyyatın hərəkətindəki sıxlıq aradan qaldırılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Bayramlı kənd sakini 1976-cı il təvəllüdlü Alıyev Asif Mansur oğlu ölüb.

2001-ci il təvəllüdlü Alıyev Mansur Asif oğlu və həmkəndlisi, 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mahir oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

DİN rəsmisinin sözlərinə görə, mikroavtobusda sərnişin olmayıb və sürücüsü xəsarət almayıb.

08:00

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bazar adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb 2 nəfər xəsarət alıb.

D
demokrat.az