Region

Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 32 yaralı — VİDEO

Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 32 yaralı — VİDEO

Türkiyədə Anadolu şosesinin Bolu hissəsində sərnişin avtobusu aşıb. Qəzada ilkin məlumatagörə, 3 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

İstanbul istiqamətində hərəkət edən və içərisində 37 sərnişinin olduğu avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baryerlərə çırpılıb.

Qəza yerinə çoxsayda təcili yardım maşınları göndərilib. İlkin tibbi yardımdan sonra yaralılar Boludakı xəstəxanalara aparılıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az