“İran bizi özünə düşmən görür. Düşməndən bizə dostluq nişanı gəlməyəcək ki?! Sözdə bizə dost deyə bilər, qardaş da deyə bilər, müsəlman qardaş deyə bilərlər. Onlar özləri müsəlman deyillər ki, bizi özlərinə müsəlman qardaş sayalar. Bunlar fars dövlətidir, farsçılıq rejiminə qulluq edirlər. Farsçılıq rejiminin mollalıq qoludur. Onun üçün də ermənini sevmirlər bunlar. İnanın, mən bilirəm, erməniyə zərrəcə hörmətləri yoxdur. Amma Azərbaycana qarşı ermənini qardaş kimi qucaqlarına basırlar”.
Demokrat.az-ın xəbərinə görə, bu fikirləri Real TV-nin “Real İntervyu” verilişində Günaz TV-nin qurucusu, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvü Əhməd Obalı deyib.
Onun fikrincə, Azərbaycan olmasaydı, İran ermənilərə zərrə əhəmiyyət verməzdi:
“Bunların ermənilərə verdiyi dəstək, verdiyi kömək, siyasi və hərbi baxımından yardımların hamısı Azərbaycana qarşıdır. Azərbaycan olmasaydı ermənilərə zərrə əhəmiyyət verməzdilər. Məsələyə kökündən baxmalıyıq ki, burada bir düşmən vardır. O düşmən bizə qarşı əlindən gələni edəcək. İndi erməni də bizə düşmən, fars da düşmən, bir-birini tapıblar. Sanki bu az idi, ayrı yerdən də yardım almaq istəyirlər. Yəni, bunlar öz işlərinə davam edir. Biz nə etməliyik? Əsas məsələ budur”.
Zamiq Demokrat.az

