“Uşaqlarda dərs yükünün ağırlığı müəyyən stresslər yaradır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, bu stresslər uşaqların tükənmişlik sindromundan əziyyət çəkməyinə gətirib çıxarda bilir.
“Uşağın üzərinə düşən məsuliyyət artıq uşaqlarda dərsə marağı azalda bilir. Bu dərs marağın azalması diqqət dağınıqlığı, yaddaşda olan problemlər uşağa yansıdığı kimi valideynə də yansıyır. Valideyn hər bir cəhdlə uşaqda yenidən dərsə marağın, diqqətin cəmlənməsi üçün tədbirlər görməyə çalışır. Bu da ailədə əlavə stress və təbii ki, maddi ağırlıqdır. Bütün bunların fonunda uşaq nə yaşayır? Uşağın öz güvəni aşağı düşür, sanki o öz üzərinə düşən məsuliyyəti edə bilmir. Özün də hər hansı bir problemin olduğunu görür ki, o dərslərinə hazır ola bilmir. Aşağı qiymətlər aldığı zamanı da özgüvənində problem yaranır, sosial cəmiyyətə çıxanda assosiallıq yaranır. Sözlə özünü ifadə edə bilmir, dərs danışa bilmir. Bu kimi halları çox görürük. Dərlərini oxusa da artıq sosial mühitdə sinif yoldaşlarının qarşısında özünü ifadə edə bilmir, fikirlərini səsləndirə bilmir. Bu kimi fəsadlar törədə bilir. Bu kimi fəsadlar gələcəkdə də onun söz kasadına, fikirlərini izah edə bilməməyinə, özgüvəninə, özünü təsdiq edə bilməməyinə gətirib çıxarda bilir”.
Aynurə Demokrat.az


