Sosial

Mədəniyyət Nazirliyində yoxlama aparılıb — RƏSMİ

Mədəniyyət Nazirliyində yoxlama aparılıb — RƏSMİ

Hesablama Palatası Mədəniyyət Nazirliyində audit yoxlaması aparıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə Mədəniyyət Nazirliyində dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit tədbiri həyata keçirilib.

Auditin nəticələri barədə məlumatlar Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında hesabata daxil ediləcək.

D
demokrat.az