Sosial Özəl

Vətəndaşlar ağıllı sayğaclardan istifadə edəcəklər

Vətəndaşlar ağıllı sayğaclardan istifadə edəcəklər

Növbəti ildən smart kart tipli qaz sayğaclarının alışı nəzərdə tutulmur.

Demokrat.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin "Açıq qapı" aksiyasında şöbə rəisi Rövşən Məhiyyədinov deyib.

Qurum rəsmisi qeyd edib ki, artıq ağıllı sayğacların quraşdırılması nəzərdə tutulub və bu sayğac da digər sayğaclardan daha üstündür.

R.Məhiyyədinov qeyd edib ki, vətəndaşlar qazdan limit daxilində istifadə ediblər.

"10 ay ərzində 60 faiz abonentimiz limit daxilində istifadə edib ki, bu da ürəkaçandır".

Aynurə Demokrat.az

D
demokrat.az