"30 il ərzində Azərbaycanda "Vətənə xəyanət" maddəsi ilə ittiham olunanların 90 faizi İranla bağlı olaraq Vətənə xəyanətdə ittiham olunub".
Demokrat.az xəbər verir ki, bu sözləri Reaksiya TV-nin "Siyasi reaksiya" verilişində təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Ekspert qeyd edib ki, bu maddə ilə Rusiyaya, Ermənistana işləyən casus şəbəkəsi olub, amma əsas İranın casus şəbəkəsidir:
"Bu mənada islam bayrağı altında İranın bir neçə qoldan ibarət kəşfiyyat xidməti fəaliyyət göstərib. Xüsusilə, 90-cı illərdə İran kəşfiyyatına rəhbərlik edən şəxsin dövründə bu istiqamətdə çox geniş işlər görülüb. O zaman Azərbaycanda ictimai siyasətin gərginliyi, hakimiyyət uğrunda mübarizə, qeyri-sabitlik onlara münbit şərait yaratmışdı" - deyə o bildirir.
İ.İsmayıl İranın öz işini hərbi, siyasi və ideoloji istiqamətdə gördüyünü deyir:
"İranın kəşfiyyatının açıq istiqamətdə apardığı fəaliyyəti din bayrağı altında, məzhəbçilik bayrağı altında, Hüseynçilik bayrağı altında bu işləri görüblər".
Rza Demokrat.az

