Gündəm

NATO rəsmisi: "Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyasını müzakirə etməsi gözəl xəbərdir"

NATO rəsmisi: Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyasını müzakirə etməsi gözəl xəbərdir

Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir.

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "Twitter"də bildirib.

O əlavə edib ki, bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.

Kolomina qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir, Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndirir.

D
demokrat.az