Sosial

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

Azərişıq gücləndirilmiş iş rejiminə keçdi

Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması “Azərişıq” ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:

“Artıq canlı qüvvə və texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almağa çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitində baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib”. (Virtualaz.org)

D
demokrat.az