“Soçi görüşünün sonunda qəbul edilən yekun sənəddə Azərbaycanın mövqeyi əks olunub. Yəni, Qarabağ münaqişəsi bitib, tarixə qovuşub”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputat əlavə edib ki, Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 təklif əsasında bu sazişin üzərində iş aparılması da sənəddə öz əksini tapıb.
“Əslində Azərbaycanla təzyiq dilində danışmaq imkanları olmamağı prinsipcə təsbit olunub. Azərbaycan ehtiyatlı və ayıq olmalıdır. Çünki hansısa təxribatları davam etdirmək cəhdləri olacaq. Lakin bugünkü vəziyyətdə Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslandırıldığına görə, bu mövqe hamı tərəfindən qəbul edilməyə məcburdur”.
Aynurə Demokrat.az


