Media

Rusiya Jurnalistlər Birliyi beynəlxalq prinsipləri pozdu — Ukraynada filiallar yaratdılar (FOTO)

Rusiya Jurnalistlər Birliyi beynəlxalq prinsipləri pozdu — Ukraynada filiallar yaratdılar (FOTO)

Rusiya Jurnalistlər Birliyi (RUJ) beynəlxalq prinsipləri və peşə öhdəliklərini pozub, işğal olunmuş Ukrayna ərazilərində milli filiallarını yaradıb

Rusiya Jurnalistlər İttifaqı (RUJ) Rusiya Federasiyası tərəfindən sentyabrın 30-da qanunsuz ilhaq edilmiş Ukrayna ərazilərində- Donetsk, Luqansk, Zaporojjya və Xersonda dörd yeni şöbənin yaradılması barədə qərar qəbul etdiyini açıqlayıb. RUJ-in bəyanatında deyilir ki, yaxın vaxtlarda yeni filialların əsasnamələri təsdiq ediləcək. Bununla da RUJ regional bölmələrinin sayı 89-a çatdırılacaq.

Ukraynanın aparıcı jurnalist təşkilatları olan NUJU (Ukrayna Milli Jurnalistlər İttifaqı: prezidenti Sergiy Tomilenko) və IMTUU (Ukrayna Müstəqil Media Həmkarlar İttifaqı: prezidenti Serhiy Shturhetski) RUJ-un qərarını kəskin şəkildə pisləyiblər: “Donetsk, Luqansk, Xerson və Zaporojjya vilayətləri Ukrayna əraziləridir. Bu bölgələrdə Ukrayna Milli Jurnalistlər İttifaqının və Ukraynanın Müstəqil Media Həmkarlar İttifaqının filialları yaradılıb və fəaliyyət göstərir. RUJ-in Ukrayna ərazisində filiallarının yaradılması beynəlxalq hüququn ciddi şəkildə pozulması və NUJU və IMTUU-nun fəaliyyət sferasına müdaxilədir”.

Avropa Jurnalistlər Federasiyasının prezidenti Maja Sever və Federasiyanın baş katibi Rikardo Qutierrez də RUJ-un hərəkətlərini qətiyyətlə pisləyiblər: " Rusiya Jurnalistlər İttifaqı işğal olunmuş Ukrayna ərazilərində çətinlik çəkən jurnalistlərə dəstək verməlidir. Lakin Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Ukrayna bölgələrində RUJ-nin dörd yeni şöbəsini yaratmaq qədər uzağa getməməlidir. Bu, RUJ tərəfindən yol verilmiş qanun pozuntusu, həmçinin, Kremlin işğal olunmuş rayonları ruslaşdırma siyasətində fəal iştirak etməsi deməkdir”.

https://europeanjournalists.org/blog/2022/10/27/efj-condemns-the-establishment-of-the-russian-union-of-journalists-in-occupied-ukraine/?fbclid=IwAR20cN8CSUW8nlzcIfj6VEJtrnmLxBkla8JoyFFiau-duSk96xaTpPGmMks

Rusiya Jurnalistlər Birliyi beynəlxalq prinsipləri pozdu — Ukraynada filiallar yaratdılar (FOTO)

Mushfiq Alasgarli Jurnalistlərin Həmkarlar İttifaqının sədri

D
demokrat.az