“Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə xalqının müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsi tarix salnaməsində mühüm yer tutur”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb. O, 29 Oktyabr - Respublika Günü münasibətilə Türkiyəni təbrik edib: “Türkiyə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ən səmimi təbriklərimizi çatdırıram”.
Türkiye'nin 99. Cumhuriyet Bayramı'nda Cumhurbaşkanı @RTErdogan'a ve Türk milletine en içten selamlarımızı gönderiyorum. Gazi Mustafa Kemal Atatürk'ün önderliğinde Türk milletinin kahramanca yürüttüğü bağımsızlık mücadelesi tarihin kayıtlarında önemli bir yere sahiptir.
— Shehbaz Sharif (@CMShehbaz) October 29, 2022


