Dünya Özəl

Niderland şirkətləri Rusiyanı hərbi sursatla təmin edib? — İDDİA

Niderland şirkətləri Rusiyanı hərbi sursatla təmin edib? — İDDİA

Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) ölkənin yüksəktexnologiyalı hərbi məhsullar istehsal edən şirkətlərini Rusiya kəşfiyyatı tərəfindən qurulan şirkətləri bilmədən mühüm hərbi material, hissə və texnologiya ilə təmin etməsi ilə bağlı xəbərdarlıq edib. Demokrat.az xəbər verirki, bu haqda məlumat yerli mediada yayılıb.

Xəbərdə bu şirkətlər vasitəsilə Rusiyaya mikroçiplər, təyyarə hissələri, sənaye boyası və hərbi avtomobil təkərləri üçün rezin göndərildiyi iddia edilib.

Qeyd edilib ki, Rusiya kəşfiyyatı bütün bunları Krımın ilhaqından sonra edib və Rusiyanın bu məhsulları Ukraynadakı müharibədə də istifadə üçün tədarük edib.

Bildirilib ki, xəbərlərdə yer alan məlumat Niderland Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

​​​​​​Jalə

Demokrat.az

D
demokrat.az