ABŞ Prezidenti Co Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşına edilən hücumu pisləyib. Demokrat.az İHA-ya istinadən bildirir ki, N.Pelosinin 82 yaşlı həyat yoldaşı Pol Pelosinin San- Fransiskodakı evində hücuma məruz qalmasından sonra Ağ Ev məlumat yayıb.
Ağ Evin sözçüsü Karine Jane-Pierre açıqlamasında dövlət başçısı dualarının Pol Pelosi və bütün Pelosi ailəsi ilə birgə olduğunu bildirib.
Baydenin Pelosiyə zəng etdiyini, ona dəstək olduğunu deyən Jane-Pierre qeyd edib ki, Prezident hər cür şiddəti pisləyir və ailənin şəxsi həyatına hörmət edilməsini istəyir.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi San-Fransiskodakı evində hücuma məruz qalıb, Pelosi xəstəxanaya aparılarkən, hücum edənin də saxlanıldığı bildirilib. Nensi Pelosinin evinə girərək əri Pola hücum edən şəxsin 42 yaşlı David Depepi olduğunu deyilir.
Leyla Demokrat.az


