Xarici siyasət Özəl

“Putin erməni xalqı ilə hakimiyyətini üz-üzə qoydu” — ŞƏRH

“Putin erməni xalqı ilə hakimiyyətini üz-üzə qoydu” — ŞƏRH

“Rusiya Prezidenti V.Putinin Valdayda verdiyi bəyanatlar birmənalı qarşılanmadı, xüsusən də, Ermənistanın guya bu proseslərdə söz sahibi olduğuna vurğu edərək son sözü onların dəyəcəyini bildirməsi. Hamıya bəllidir ki, Ermənistan xalqı və hakimiyyətinin rəyi prosesin bu mərhələsində heç nə həll etmir. Ermənistanda söz sahibi digər maraqlı güclərdir ki, Ermənistan deyil. Ermənistan söz sahibi olsaydı, Azərbaycanın qarşısında ona-buna yalvarmazdı ki, onları qorusun”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib. Analitik bildirib ki, Putin erməni xalqı və hakimiyyətinə vurğu etməklə, demək istədi ki, hakimiyyətin bizdən kənar qüvvələrə meyl etməsi xalqın etirazı ilə üzləşəcək.

“Putin erməni xalqı ilə hakimiyyətini üz-üzə qoydu” — ŞƏRH
“Bir sözlə, Putin erməni xalqı və hakimiyyətini üz-üzə qoydu. Təbii olaraq, Paşinyanın imzalayacağı hər hansı sənəd Ermənistan üçün qeyri-məqbul hesab edilərsə, qarşısında erməni xalqını görəcək anlamına gəlir. Putin bununla Azərbaycan üçün də müəyyən fikirlər formalaşdırdı. İlk öncə, demək istədi ki, Rusiya əgər erməni xalqı sülh istəməsə, Rusiya bunu qəbul edəcək və Ermənistana təzyiq etməyəcək, hansı ki, sülhün olmaması Rusiyanın həmişəki istəyidir. Bununla yanaşı, Putin müəyyən mənada demokrat rolu oynamağa çalışdı, guya Rusiya heç kimin xəbəri olmadan demokratik cəmiyyətə çevrilib heç bir dövlətlə təzyiq dilində danışmır və onların daxili işlərinə qarışmır, o cümlədən, Ermənistanla.

Azərbaycan tərəfi bu bəyanatdan daha çox özünə bu məntiqi çıxardı ki, Rusiyanın dəstəyi bir yana, onun hər hansı məqbul sözünə belə inanmaq, ümid etmək olmaz. Rusiya həmişəki ampluasındadır. Ortalığı qarışdırıb, bulanıq suda balıq tutmaq istəyir. Yəni, gərginliyi saxlayıb və gələcək planları üçün regionda qalmaq istəyir. Gözlənilən 31oktyabr görüşündən sonra hər şey aydın olacaq. Bundan sonra Azərbaycan tərəfi həm Rusiya, həm də Ermənistanla hansı dildə danışmağı dəqiqləşdirəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az