İdman Özəl

"Qarabağ" "Fənərbağça" və "Beşiktaş"ı qabaqladı

Qarabağ Fənərbağça və Beşiktaşı qabaqladı

Son Azərbaycan çempionu "Qarabağ" UEFA reytinqində 62-ci sırada qərarlaşıb.

Demokrat.az-ın xəbərinə görə, Avropa Liqasında uğurlu çıxışını davam etdirən təmsilçimiz 24.000 xalla Norveçin Molde komandası ilə eyni mövqeni bölüşür.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) 95-ci, "Nant" (Fransa) 118-cidir.

Ağdam klubu bu göstərici ilə qitənin aparıcı klublarını qabaqlayır. Bu sırada 'Monako", "Lester", "Volfsburq" kimi klublar yer alıb.

Bundan başqa, Türkiyə nəhənglərindən "Qarabağ"dan yalnız ""Qalatasaray" 11 pillə öndədir. Reytinqdə "Fənərbağça" 76-cıdırsa, ilk yüzlüyə düşməyən "Beşiktaş" 103-cüdür.

Zaur Demokrat.az

D
demokrat.az