Xarici siyasət Özəl

“Ermənistan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə dalandan baxır”

“Ermənistan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə dalandan baxır”

“Azərbaycanla Gürcüstanın iqtisadi baxımdan əlaqələrinin güclənməsi Ermənistana mesajdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib. Ekspert vurğulayıb ki, Azərbaycan bu il dünya bazarına 22 milyard kubmetr qaz ixrac edəcək.

“2027-ci ilə kimi 20 milyard kubmetr Avropaya qaz ixrac edəcəyi planlaşdırılır. Azərbaycan Gürcüstana 3 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycan dünya bazarına tək Qarabağ 10 meqavat gücündə bərpa olunan enerji növündən, Xəzər dənizi üzərində 157 gegavata enerji ilə təmin etmək olar. Neft ixracanın artırılması da planlaşdırılıb. Enerji resurslarına dünyada ehtiyac olduğu üçün Gürcüstan vasitəsiylə Azərbaycan bunu edə biləcək. Cənab Prezident bir məqama toxundu ki, qonşularla yaxşı münasibətdə olduğumuz üçün bunu edə bilirik. Qeyd olunanları təhlil etsək görə bilərik ki, Ermənistanda bura əlavə oluna bilərdi, əgər Azərbaycanla münasibətini düzəldə bilsəydi. Amma bu ölkə bundan kənarda qalıb və Azərbaycanın həyata keçirdiyi layihələrə dalandan baxır. Səbəb isə hələ də çirkli əməllərindən əl çəkməyərək, vəziyyəti gərginləşdirirlər. Baxmayaraq ki, onlara dəfələrlə sülhlə bağlı çağrış edilib”.

“Hətta irəli gedərək, Azərbaycana qarşı kəskin çıxışları ilə tanınan ermənipərəst rus deputatı Konstantin Zatulini də "arzuolunmaz şəxs" kimi siyahıya alaraq, Ermənistana girişini qadağa ediblər. Səbəb isə Zəngəzur dəhlizi sözü olub. Yəni, özlərini illərcə təhrif edib, Azərbaycana qarşı kəskin ifadələri ilə çıxış edənləri də kəskin reaksiya göstərirlər. Bu, o deməkdir ki, Ermənistan reallıqla barışmaq istəmir. Əgər onlar qoyulan sülh tələbləri ilə razılaşmasalar Ermənistan regiona iqtisadi layihələrdən uzaqda qalacaqlar. Onlar düşünməsinlər ki, kimlərsə belə vəziyyətdə bu ölkəyə hər hansı yardım edəcək. Qonşularla münasibəti pis olan ölkəyə investisiya qoymaq risklidir. O ölkəyə ki, qonşulara qarşı ərazi iddiası ilə çıxış edir”.

Aynurə Demokrat.az

D
demokrat.az